Cümhuriyyət üçün yaz və qazan!
#cümhuriyyətüçünyaz
Cümhuriyyətimizin 100 illiyi münasibətilə ən yaxşı postu yaz!
Dostlarınla paylaşaraq, onların da qazanmasına yardımçı ol!
1000 AZN; 500 AZN; 300AZN və digər pul mükafatlarına sahib ol!
2018-ci ildə 100 illik mirasın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “Yeni Çağ” Media Qrupu da bir sıra tədbirlər planı nəzərdə tutub. Bunlardan biri də “Palmali Qrup”un baş sponsorluğu ilə “Yeni Çağ”ın elan etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsidir.
Yenicag.az xatırladır ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, bu zaman kəsiyində 155 parlament iclası keçirilib, Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin hazırlayıb. Və bu tarixi varislik üzərində 1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edərək yeni müstəqil Azərbaycan dövlətini yaratdı. Çətin şəraitdə yenidən qurulan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə rahat nəfəs aldı və dövlət müstəqilliyimiz qorundu. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında inkişaf etməkdədir.
Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun bu müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verir.
Redaksiyamız tərəfindən seçilmiş ən yaxşı postların siyahısı.
Müsabiqəyə qoşulan istifadəçi bu qaydaları təsdiqləmiş sayılacaq: